Mətbuat konfranslarının cədvəli

Formula-1 yürüş uik-endinin formatı dəyişdirilib: sürücülərin iştirakı ilə ənənəvi olaraq cümə axşamı keçirilən mətbuat konfranslarının vaxtı cümə günü səhərə təyin edilib. Allsport.az saytı xəbər verir ki, bütün pilotlar 4 qrupa bölünüb, onların hər biri 30 dəqiqə jurnalistlərin suallarını cavablandıracaq.

1-ci qrupa Quanyuy Çjou (“Alfa Romeo”), Esteban Okon (“Alpine”), Kevin Maqnussen (“Haas”), Lando Norris (“Maklaren”), Maks Ferstappen (“Red Bull”), 2-ci qrupa Yuki Sunoda (“Alfatauri”), Ləns Stroll (“Aston Martin”), Daniel Rikkardo (“Maklaren”), Serxio Peres (“Red Bull”), Aleks Elbon (“Uilyams”), 3-cü qrupa Valtteri Bottas (“Alfa Romeo”), Pyer Qasli (“Alfatauri”), Karlos Sayns (“Ferrari”), Mik Şumaxer (“Haas”), Corc Rassel (“Mersedes”), 4-cü qrupa isə Fernando Alonso (“Alpine”), Sebastyan Fettel (“Aston Martin”), Lüis Həmilton (“Mersedes”), Şarl Lekler (“Ferrari”), Nikolas Latifi (“Uilyams”) daxildir.

Şənbə günü suallara komanda nümayəndələri cavab verəcək. Əvvəlcə Mattia Binotto (“Ferrari”), Günter Ştayner (“Haas”), Toto Volff (“Mercedes”) sualları cavablandıracaq, sonra onları Giyom Dezote (“Alfatauri”), Tom Makkalou (“Aston Martin”), Mario İzola (“Pirelli”) əvəzləyəcək.

Təsnifat və bazar günü yürüşlərindən sonra günün ən yaxşı üçlüyü jurnalistlərin suallarını cavablandıracaq.

Həmin kateqoriyadan