Makqreqordan 25 minlik yardım

Keçmiş UFC çempionu Konor Makqreqor ağır zədə alan MMA döyüşçüsü Rayan Kertisə dəstək olub.

Allsport.az xəbər verir ki, Kertis məşq zamanı onurğasını zədələyərək, ayaqları və sol qolunda istifadə qabiliyyətini itirib. Döyüşçü xəstəxanaya çatdırılıb, o, artıq əməliyyat olunub. Kertis ən azı 5 ay xəstəxanada qalacaq.

İrlandiyalı Makqreqor həmkarının hesabına 25 min funt-sterlinq vəsait köçürüb.

Həmin kateqoriyadan