Maks yeni dəbilqəsini təqdim edib

Allsport.az saytı xəbər verir ki, 2-qat dünya çempionunun yeni dəbilqəsininin tərtibatında “Red Bul“un loqosu ilə yanaşı, Niderland bayrağının rəngləri və şir təsviri yer alıb. Dəbilqənin arxasında isə, Ferstapenin qazandığı 2 titulunun şərəfinə “2 ulduz” əlavə olunub.

Maks tədbirdə fikrini bölüşüb : “Yeni mövsüm öncəsi ənənəyə uyğun yeni dəbilqəmi təqdim etdim. Keçən ildən fərqli olaraq, bəzi dəyişikliklər əlavə olunub. Bu il daha çox qırmızı və mavi rəng tonları üstünlük təşkil edir. Ümumiyyətlə, dizaynı kiçik xətlərlə, parıtısız daha çox “Old School “ tərzində yaratmaq qərarına gəldim. Keçmişə belə bir qayıdış“.

Həmin kateqoriyadan