Martinez: “Formula-1  Madrid üçün vacibdir”

Allsport.az xəbər verir ki, Madridin meri Xose Luis Martinez, təşkilatçıların ciddi şəkildə Formula-1 təqvimində yer almağı və qran priyə ev sahibliyi etməyi planlaşdırdıqlarını bildirib.

“Biz artıq bir neçə aydır ki, bu layihə üzərində işləyirik və ümid edirik ki, Madrid F-1 qran prisinə ev sahibliyi etmək hüququ əldə edəcək.

Biz optimistik. Düşünürəm ki, yarışın Madridə gəlməsinin ehtimalı var.

O da aydındır ki, qran prinin keçirilməsi ilə əlaqədar ətraf rayonların sakinləri üçün yarana biləcək narahatlığı minimuma endirmək üçün bütün lazımi tədbirləri görəcəyik.  Formula-1  Madrid üçün vacibdir, lakin qonşu ərazilərin sakinlərinin də rahatlığı vacibdir” – Martinez bildirib.

Həmin kateqoriyadan