Millətlər liqasının yarımfinalında

Millətlər liqasının yarımfinalında

ABŞ-ın kişi voleybol millisi 2026-cı il millətlər liqasında yarımfinala vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, amerikalılar 1/4 final mərhələsində İtaliya yığması ilə qarşılaşıb.

Ninbo şəhərində keçirilən görüş ABŞ komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinalda ABŞ millisi Yaponiya yığması ilə üz-üzə gələcək. Asiya təmsilçisi 1/4 finalda Çini məğlub edib.

Kişi voleybolunda millətlər liqasının son qalibi Polşa yığmasıdır. Polşalılar ötən il finalda İtaliyanı 3:0 hesabı ilə məğlub ediblər. 2026-cı il qadınlar arasında keçirilən millətlər liqasının qalibi isə finalda Braziliyaya 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi olub.

Həmin kateqoriyadan