Milli antidopinq agentliyi və “Azərbaycan idman könüllüləri” rəsmi əməkdaşlığa başlayıb

Milli antidopinq agentliyi və “Azərbaycan idman könüllüləri” ictimai birliyi rəsmi əməkdaşlığa başlayıblar. Allsport.az saytı xəbər verir ki, müqaviləni AMADA-nın direktoru Şəfəq Hüseynli və AİK-in idarə heyətinin sədri Miraqil Seyidzadənin imzalayıblar. Sənəd ölkəmizdə keçirilən beynəlxalq və yerli səviyyəli idman tədbirlərində könüllülərin dopinq nəzarəti prosesinə cəlb edilməsi və Azərbaycan gəncləri arasında könüllülük hərəkatının inkişafınının dəstəklənməsi üçün əməkdaşlığı ehtiva edir.

Mərasimdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, könüllülərin idman tədbirlərində dopinq nəzarətinin həyata keçirilməsinə cəlb edilməsi ilə bərabər sağlam həyatın, təmiz idmanın təbliği, o cümlədən antidopinq maarfiləndirməsi baxımından da böyük imkanları var. AMADA AİK-lə əməkdaşlıq edərək bu potensialdan səmərəli istifadə etmək niyyətindədir. Bu, həm də könüllülərin antidopinq sahəsində biliklərini artırması və gələcəkdə bu sahədə fəaliyyət göstərməsi üçün yeni imkanlar açacaq.

AİK İB-nin idarə heyətinin sədri Miraqil Seyidzadə isə bildirib ki, dopinq nəzarəti idmanın ən vacib sahələrindən biridir və AİK İB bu sahədə görülən işlərə töhfə vermək üçün AMADA ilə sıx əməkdaşlıq edəcək. Miraqli Seyidzadə əlavə edib ki, könüllülərin bu sahədəki təbirlərə cəlb edilməsi, biliklər qazanması və təcrübə toplaması onların gələcək karyerası baxımından da əhəmiyyətlidir.

Нет описания.
Нет описания.

Həmin kateqoriyadan