Milli antidopinq agentliyi “YAŞAT” fonduna ianə köçürüb

Milli antidopinq agentliyinin əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə öz təşəbbüsləri ilə ianə aksiyası həyata keçiriblər.

Allsport.az saytı xəbər verir ki, AMADA-nın bütün əməkdaşları əməkhaqlarından ümumilikdə 15 min 500 manat məbləğində vəsaiti könüllü olaraq “YAŞAT” fonduna köçürüblər.

Kollektiv döyüşlərdə yaralanan hərbçilərimizə bir daha şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir.

Həmin kateqoriyadan