Beş dəst medal qazandılar

Beş dəst medal qazandılar

Allsport.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçirilən “Suada Dilberoviç” beynəlxalq turnirində uğurla çıxış edərək 5 qızıl, 5 gümüş, 5 bürünc medal qazanıblar.
Gimnastımız Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent),1 bürünc ( gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çoxnövçülük, halqa), 1 bürünc ( top), Mədinə Dəmirova isə 2 gümüş ( top, gürzlər) və 3 bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.

Həmin kateqoriyadan