Millimiz daha 4 medal qazanıb

Millimiz daha 4 medal qazanıb

Allsport.az xəbər verir ki, Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan yığma komandasının üzvləri daha 4 medal qazanıblar.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası çoxnövçülük proqramında, eləcə də 5 ip və 5 topla hərəkətlərin icrasında qızıl, Komandamızın üzvü Şəms Ağahüseynova topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.

Bundan əvvəl Şəms Ağahüseynova və Nuray Əhmədzadə gənclər arasında komanda hesabında bürünc medal qazanmışdılar.

Həmin kateqoriyadan