- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Milli gimnastika arenasında bədii gimnastika üzrə millinin yoxlama məşqi keçirilib.
Allsport.az saytı xəbər verir ki, hazırlıqda fərdi gimnastlarımız Alina Məmmədova, Mədinə Dəmirova, Ləman Əhmədli, Leyli Ağazadə, Kamilla Seyidzadə, Kamila Qafarova; böyüklərdən ibarət qrup hərəkətləri yığmasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina; gənclərdən ibarət qrup hərəkətlərində Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova çıxış proqramlarını təqdim ediblər.