Mövsümün ən uğursuz başlanğıcı

Allsport.az saytı xəbər verir ki, “Ferrari” komandasının pilotu Şarl Lekler Melburndakı yarışının onun üçün uğursuz olduğunu deyib. O, fikrini belə bölüşüb:

”Avstraliya mərhələsi mənim finişə çatmadığım ikinci yarış idi. 2023-cü il mövsümünün başlanğıcını karyeramın ən uğursuz ilidir. İlk döngədə startda risk etmək istəmədim və ehtiyatlı davrandım.

3-cü döngədə mən də ötmək fikrində deyildim, amma qarşıdakı bolidlərə görə sürəti azaldan Fernandoya görə Ləns çox yavaşladı. Trasın boş bir hissəsini gördüm və ora sürdüm.

Təəssüf ki, Fernando əyləc altında sürətini daha da azaltmalı oldu və Ləns onunla mənim aramda toqquşma baş verdi. Təbii ki, mən Lənsi qınamıram və baş verənləri yarış hadisəsi hesab edirəm.

Yarışın bu nəticəsi çox məyusedicidir, çünki mən evə xal qazanmadan qayıtdım”.

Həmin kateqoriyadan