- Baxış sayı: 31
- 20 İyul 2025 11:34
- Baxış sayı: 134
- İyul 20, 2025
- 0
Milli paralimpiya komitəsi (MPK) və Azərbaycan karate federasiyası (AKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb .
Allsport.az xəbər verir ki, memorandumu MPK-nin baş katibi Toğrul Rəhimov və AKF-nin baş katibi Qabil Sayadov imzalayıblar.
Razılaşma parakarate idman növündə əlilliyi olan şəxslərin idman fəaliyyətinin dəstəklənməsi, bacarıqlarının artırılması və onların müvafiq istiqamətdəki digər ehtiyaclarının müəyyən edilərək dəstəklənməsi üçün birgə addımların atılması və parakaratenin təbliği istiqamətində münasibətlərini əhatə edir.
Görüşdə MPK-nin idman şöbəsinin müdiri Cavad Axundzadə və AKF-nin parakarate komitəsinin sədri Rənad Əliyev də iştirak edib.