- Baxış sayı: 61
- 30 Oktyabr 2026 14:54
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Qadınlardan ibarət “Neftçi SOKAR” 3×3 basketbol komandası dünya qadın seriyasının Bakı mərhələsində mübarizəni başa vurub.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda Sloveniya yığması ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma rəqibin 13:10 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi SOKAR” qrup mərhələsində Çexiyanın “Praqa” klubunu 18:14 hesabı ilə məğlub edib, Litva millisinə isə 16:21 hesabı ilə uduzub. Bu nəticələrlə 1/4 finala yüksələn Bakı təmsilçisi Sloveniya səddini keçə bilməyərək turnirlə vidalaşıb.