Mühəndislər kubokunda “Mersedes”, şəxsi sıralamada Sebastyan Fettel liderliyini qoruyur

Azərbaycan qran-prisindən sonra sürücülərin şəxsi sıralamasında Sebastyan Fettel (“Ferrari”) 153 xalla öncüllüyünü qoruyur. Allsport.az saytı xəbər verir ki, Lüis Həmilton 139 xalla 2-ci, Valtteri Bottas (hər ikisi – “Mersedes”) 111 xalla 3-cüdürlər.

Azərbaycan mükafat yarışının qalibi Daniel Rikkardo (“Red Bull Racinq”) 92 xalla 4-cü, Kimi Rəykkönen (“Ferrari”) 73 xalla 5-ci yerdədir. Bakıda fəxri kürsünün 3-cü pilləsinə çıxan Ləns Stroll (“Uillyams”) isə 17 xalla 12-cidir.

“Mersedes” komandası Mühəndislər kubokunda siyahıya başçılıq edir. Komandanın hesabında 250 xal var. “Ferrari” 226 xalla 2-ci, “Red Bull Racinq” 137 xalla 3-cü mövqedə qərarlaşıb.

Formula-1 üzrə dünya çempionatının 9-cu mərhələsi iyulun 7-9-da Avstriyada keçiriləcək.

Həmin kateqoriyadan