Mühəndislər kubokunun ilk qalibi Formula1-ə qayıtmaq istəyir

“Vanvall” şirkəti avtoidmana qayıtmaq istəyir. Allsport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi 1957-1958-ci illərdəki orijinalın dəqiq surəti olan 6 yarış avtomobili buraxacaq. Eyni zamanda, bunun bərpasında ixtisaslaşmış “Hall and Hall”ın nümayəndələri bu işdə kömək edəcəklər.

“Vanvall” mühərriki ilə təchiz ediləcək bu texnikadan 5-ini satışa çıxarılacağı planlaşdırılır. Onların qiyməti 2 milyon dolları ötəcək. Üstəlik, şirkət yol avtomobillərinin istehsalını qurmaq və gələcəkdə yarışlara qayıtmaq niyyətindədir.

Tarixdə Mühəndislər kubokunun ilk qalibi “Vanvall” komandası olub.

Həmin kateqoriyadan