- Baxış sayı: 45
- 02 Avqust 2026 11:56

- Baxış sayı: 300
- Avqust 20, 2026
- 0


İspaniyada keçirilən 3×3 basketbol üzrə dünya qadın seriyasının Kaseres mərhələsində “Neftçi” yarımfinala vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/4 finalda ev sahibi İspaniya millisi ilə qarşılaşıb.
Gərgin keçən oyunda rəqibini 16:15 hesabı ilə məğlub edən “Neftçi” adını yarımfinala yazdırıb.
Komanda finala yüksəlmək uğrunda Latviya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:40-da başlayacaq.