- Baxış sayı: 51
- 10 İyul 2026 11:32
- Baxış sayı: 94
- İyul 10, 2026
- 0

UFC-nin sabiq çempionu Maks Hollouey qarşıdakı döyüşdə rəqibi olacaq əfsanəvi irlandiyalı Konor Makqreqor barədə iddialı açıqlama verib.
Allsport.az xəbər verir ki, 34 yaşlı amerikalı döyüşçü mətbuat konfransında rəqibinə qalib gələcəyinə əmin olduğunu bildirib.
“Onun başını əzəcəyəm! Bunu şənbə gecəsi hamınız görəcəksiniz”.
Makqreqor – Hollouey qarşılaşması iyulun 12-nə keçən gecə Las Veqasda təşkil olunacaq UFC 329 turnirinin əsas döyüşü olacaq.
Konor Makqreqor peşəkar MMA karyerasına 2008-ci ildə başlayıb, 2013-cü ildən UFC-də çıxış edir. O, yarımyüngül (65 kq) və yüngül (70 kq) çəki dərəcələrində təşkilatın çempionu olub.
Maks Hollouey isə 2012-ci ildən UFC-də mübarizə aparır. Onun təşkilatda keçirdiyi döyüşlərdə 23 qələbə və 9 məğlubiyyəti var.