“Neftçi”nin basketbolçusu: Son oyunlarda rəqiblər bizə qarşı zona müdafiədə durdular

“Neftçi İdman Klubu”nun son oyunlarda tyenə qara zolağa düşüb. “Sərhədçi” olimpiya-idman mərkəzində Azərbaycan basketbol liqasında 17-ci turunda keçirilən paytaxt derbsində debütant “Sabah”a 61:79 yenilib. komandanın 2-3-cü sahə oyunçusu Emil Mirzəyev (şəkildə “4” nömrə) allsport.az saytna bunu zona müdafiəsi ilə əlaqələndirib:

“Çempionata yaxşı başlamışdıq. Ard-arda qələbələr qazandıq. Sonradan oyunlarımız alınmadı. Amma 2-ci dövrənin ortalarında yenidən toparlandıq. Son 2 görüşdə yenə qara zolağa düşmüşük. Rəqiblər bizə qarşı zona müdafiədə dururlar. Komanda ona hazır deyildi və bu üzdən çətinliklər yaşadıq. Hazırda bunun üzərində işləyirik”.

“Neftçi”nin basketbolçusu: Son oyunlarda rəqiblər bizə qarşı zona müdafiədə durdular

Həmin kateqoriyadan