- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 92
- İyun 25, 2026
- 0

Basketbol liqasında XIII turun daha bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, ikinci oyun günündə “Gəncə” və NTD komandaları üz-üzə gəliblər.
Qarşılaşmada NTD basketbolçuları 86:79 hesablı qələbə qazanıb. Komanda 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Ceylon Perri (28 xal, 2 ribaund , NTD-dən isə Kuinton Kempbel, 23 xal, 5 ribaund olublar.
Qeyd edək ki, turun “Neftçi İK” – “Zirvə Astara” və “Olimpik Şəki” – “AAAF Xırdalan” matçları yanvarın 14-ü və 15-də oynanılacaq.