Ölkəmizdə çıxış etmiş ulduz voleybolçular okeanın o tayında Qarabağ yazılı “İl’Azero” köynəyində

Ölkəmizdə oynamış qadın voleybolçular – Polina Rəhimova (Azərbaycan), Dobriana Rabaciyeva (Bolqarıstan) və Brenda Kastilyu (Dominikan Respublikası) milli idman brendi “İl’Azero”nun yeni layihəsində iştirak ediblər. Allsport.az saytının məlumatına görə, onlar okeanın o tayında “Qarabağ” yazılan köynəklərdə poz verərək, aksiyaya öz dəstəklərini veriblər.

Hər 3 oyunçu hazırda Braziliyanın “Volley Bauru” (San-Paulu) klubunda çıxış edirlər. Polina Rəhimova keçmiş yığma üzvü olmaqla yanaşı, Bakının “Nəqliyyatçı” (2005–2007), “Azərreyl” (2007–2013) və “Azəryol” (2013–2014) komandalarında mübarizə aparıb.

Dobriana Rabaciyeva 2011-2013-cü illərdə “Rabitə” üçün çalışıb. Brenda Kastilyu bu paytaxt təmsilçisindən (2012-2015) savayı, “Lokomotiv”də (2015-2016) çıxış edib.

Hər 3 ulduz şirkətin təsisçisi, tanınmış voleybol meneceri İlqar İmamquliyevə bu xoşməqamlı layihəyə və hədiyyəyə görə təşəkkür ediblər və sosial şəbəkə üzərindən öz fikirlərini çatdırıblar.

Proyekt yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançılara, ictimai xadimlərə, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr edilib və onlara pulsuz çatdırılır.

Возможно, это изображение (3 человека и в помещении)

Həmin kateqoriyadan