Özbəkistanda 6 medal daha

Azərbaycanın batut gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha 6 medal qazanıblar. 

Allsport.az xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev qalib adına yiyələnib. 

Onunla yanaşı, Ömər Qasımlı gümüş, Səma Cəfərova və Ammar Baxşalıyev bürünc medala layiq görülüblər.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev ikinci, Səma Cəfərova və Şəfiqə Hümbətova isə üçüncü yeri tutublar.

Həmin kateqoriyadan