Padel tennis üzrə Bakı çempionatında kimlər fərqləndilər?

Padel tennis üzrə Bakı çempionatında kimlər fərqləndilər?

Azərbaycan tennis və padel federasiyaları tərəfindən təşkil olunan padel tennis üzrə Bakı çempionatına yekun vurulub. “Sea Breeze”də keçirilən yarışda 2 dərəcədə mübarizə olub.

Allsport.az saytı xəbər verir ki, kişilərdə 1-ci yeri Yusif Rzayev və Tamerlan Əzizov, 2-ci yeri Rəsul Qocayev və Oleq Zagorodnev, 3-cü yeri Orxan Manaflı və İlyas Həsənli cütü tutublar.

Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Sofiya Sokolova zirvədə qərarlaşıblar. Mehin Qocayeva və Fatimə İbrahimova 2-ci, Billur Quliyeva və Leyla Almisakova cütü 3-cü olublar.

Həmin kateqoriyadan