“Qətər hava yolları” Formula-1-də!

Allsport.az saytı xəbər verir ki, Qətər hava yolları yeni mövsümdən Formula-1 yarışları ilə uzun müddətli müqavilə imzalayıb. Çempionatın əsas tərəfdaşı 3 yarışın fəxri sponsoru olacaq. Bu siyahıda Qətər, Emiliya-Romanya, Macarıstan mərhələləri yer alıblar. Formula-1-in prezidenti və baş direktoru Stefano Domenikali fikirlərini belə bölüşüb:

”Dünya çempionatı avto idmanının zirvəsidir, bu səbəbdən öz sahəsində dünya lideri olan “Qatar Airvays” ilə müqaviləmiz kifayyət qədər məntiqli görünür. Bu 2 brend azarkeşlərimiz, ilə bərabər müştərilərimiz üçün də ən yaxşı təcrübəni təqdim edir. Bizim ümumi qlobal əhatəmiz bu tərəfdaşlığı ideal tamamlayır”.

Həmin kateqoriyadan