Qadına qarşı zorakılıq özünü fiziki, cinsi və psixoloji formalarda göstərir

Qadına qarşı zorakılıq, müasir dünyamızda ən geniş yayılmış, davam edən və məhvedici insan hüquqları pozuntularından biridir. Allsport.az saytı xəbər verir ki, cəzasızlıq, susqunluq, utanc səbəbindən bu haqda böyük miqyasda xəbər verilmir. Bu zorakılıq ümumiyyətlə özünü fiziki, cinsi və psixoloji formalarda göstərir. BMT-nin qadınlarla bağlı statistikası narahatlıq doğurur:

• Qlobal olaraq qadınların 35 %-i fiziki və ya cinsi zorakılığa məruz qalmışdır.
• Hər gün 137 qadın ailə üzvü tərəfindən öldürülür.
• Zorakılıq görmüş qadınlar arasında hər hansı bir yardım üçün müraciət edənlər 40 %-dən azdır.
• 2019-cu ildə 20-24 yaş arası hər beş qadından biri 18 yaşından əvvəl evlənib.
• Məktəblərdəki genderlə əlaqəli zorakılıq, ümumbəşəri və qızların təhsil hüququ üçün əsas maneəyə çevrilib.

Qadına qarşı zorakılığa son qoyulmadan bərabərliyin, inkişafın, sülhün və qadınların insan hüquqlarının təmin edilməsi mümkün deyil.Statistik

Mənbə: BMT-nin qadın hesabatı.

Həmin kateqoriyadan