Qadın basketbolçuların Azərbaycan kuboku start götürüb

Allsport.az xəbər verir ki, AzTU-nun idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun açılış oyunu baş tutub.

PH və AZE U-16 komandalarının üz-üzə gəldiyi oyunda, U-16 yığmamız 79:45 hesablı qələbəyə sevinib.

Azərbaycan kubokunda 2-ci oyun 4 aprel saat 21:15 -də “Alov” və BBA komandaları arasında keçiriləcək.

Həmin kateqoriyadan