“Qarabağ”ın həndbolçusu: “Bu mövqeyə öyrəşməmişəm”

Həftəsonu “AHF arena”da qadın həndbolçuların yüksək dəstəsinin 13-cü və 14-cü turlarda “Qarabağ” ölkə çempionatının lideri “Azəryol”a hər 2 görüşdə uduzub – 31:35, 28:30. Komandanın aparıcı oyunçusu Lübov Qrabskaya allsport.az saytına məğlubiyyəti belə izah etdi:

“Mən əsasən küncdə və xətlər arasında oynayıram. Son matçlarda yarimortada çıxış etdim. Bu mövqeyə öyrəşməmişəm. Əsas qapıçımız Lübov Rəsulova zədəli idi. Əlavə olaraq bizə İrina Mixalkoviç qoşulub.

Onun uyğunlaşmasına zaman lazımdır. Tam heyət yox idi. 4 aparacı həndbolçumuz zədəlidir. Təbii ki, bu da oyunumuza təsir etdi”

Həmin kateqoriyadan