Qasımov Avropa çempionu oldu, Səfərovla Abdullayeva bürünc medal qazandı

Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatının 2-ci günündə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə idmançıları – 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva, 63 kq çəki dərəcəsində Afaq Sultanova, 73 kq çəki dərəcəsində Ramil Qasımov, 81 kq çəki dərəcəsində Rövşən Səfərov və 90 kq çəki dərəcəsində Ramin Əliyev tatamidə öz güclərini sınayıblar. Allsport.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələn Ramil Qasımov Avropa çempionu adını qazanıb.

Rövşən Səfərovla Səbinə Abdullayeva yalnız finalda uduzaraq, gümüş medala sahib çıxıb.

Afaq Sultanova isə Avropa çempionatının bürünc mükafatına sahib olub.

Eyni zamanda Macarıstanda keçirilən poverliftinq idman növü üzrə açıq Avropa çempionatının son günündə 107+ kq çəki dərəcəsində idmançımız Məhərrəm Əliyev yarışa qatılacaq.

Xatırladırıq ki, poverliftinq idman növü üzrə Gündüz İsmayılov qızı, Elşən Hüseynov gümüş, Əhməd Razm Azar isə bürünc medal qazanıb.

Cüdo idman növü üzrə isə İlham Zəkiyev qızıl (bununla İlham 6-cı dəfə Avropa çempionu adına laiq görülüb), Bayram Mustafayev qızıl, Ramin İbrahimov isə gümüş medala sahib olublar.

Həmin kateqoriyadan