Qaydaları bilməmək məsuliyyətdən azad etmir!

Hər bir idmançı antidopinq qayda pozuntuları haqqında məlumatlı olduğundan əmin olmalıdır. Allsport.az saytı xəbər verir ki, milli antidopinq qaydalarında ümumdünya antidopinq məcəlləsinə uyğun olaraq 11 antidopinq qayda pozuntusu nəzərdə tutulub.

Bu qayda pozuntularından birincisi “İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu” maddəsidir. Bu maddəyə əsasən hər bir idmançı qadağan edilmiş maddənin öz bədəninə daxil olmamasına görə öhdəlik daşıyır. İdmançının bədənində qadağan edilmiş maddə və ya onun markerlərinin və ya metabolitlərinin mövcudluğunu müəyyən etmək üçün idmançının nümunələri laboratoriyaya göndərilir və antidopinq nəzarəti testi keçirilir.

Bu testin nəticəsi müsbət olduqda, idmançının antidopinq qayda pozuntusu törətdiyi qeydə alınır. Antidopinq qaydalarına əsasən qadağan edilmiş maddənin idmançının bədənində mövcudluğuna görə idmançı diskvalifikasiyaya məruz qalır. Bu qayda pozuntusu antidopinq qaydalarının 2.1-ci maddəsində yer alır.

Həmin kateqoriyadan