Qeydiyyata alınmış idmançıların test qrupu siyahısı yenilənib

Qeydiyyata alınmış test qrupuna daxil olan idmançıların siyahısı yenilənib və seçim meyarlarını AMADA-nın veb saytında yerləşdirilib.

Allsport.az saytı xəbər verir ki, bu meyarlar QTQ-yə daxil olmasını təyin edən şərtləri müəyyənləşdirir: əsas tədbirlərdə çıxış edənlər, diskvalifikasiyaya məruz qalanlar, yüksək idman nəticələri göstərən amma test olunmayanlar, ucqar məkanlarda məşq edənlər bu meyarlardan bəziləridir.

QTQ siyahısı il ərzində müntəzəm yenilənir və amada.az-da yerləşdirilir. Hazırda siyahıda yer alanlar 2021-ci ilin ilk rübü üçün məkan məlumatını ADAMS sisteminə daxil etmiş idmançılardır. QTQ-yə daxil olanların siyahısı ilə tanış olmaq üçün, veb saytın dopinq nəzarəti bölməsindən QTQ alt-bölməsinə keçid etmək olar. Birbaşa link milli antidopinq agentliyinin İnstaqram səhifəsinin bio-sunda yer alır.

Həmin kateqoriyadan