“Qürurla irəli” şüarı ilə qələbə qaçışı

Noyabrın 9-da gənclər və idman nazirliyi Bakı şəhərində əhalinin bütün təbəqələrini əhatə edən xeyriyyə məqsədli qələbə qaçışı təşkil edib. Allsport.az saytı xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış 5000 metr məsafəni əhatə edib. Dənizkənarı milli parkda qaçış “Elektra Hall” qarşısından start götürüb və Dəniz limanı vağzalı yaxınlığında başa çatıb.

Qaçışda iştirak etmək üçün ümumilikdə 1246 nəfər qeydiyyatdan keçib. Hər bir iştirakçı əvvəlcədən edilmiş elan üzrə “YAŞAT аondu”na ianə edərək qeydiyyatdan keçiblər.

Qaçışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paralimpiya çempionu İlham Zəkiyevin “start!” atəşindən sonra qaçış başlayıb.

Kişilər kateqoriyasında Elman Abışov (17,50 dəqiqə) qalib gəlib. Allahqulu Hüseynov (18,05) və Namiq Əsədov (18,31) isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar.

Qadınlar arasında finişə Anna Yusupova (18,35) birinci çatıb. Rəbiyyə Orucova (23,21) ikinci, Sevda Verdiyeva (24.58) 3-cü olublar.

“Feyr pley” mükafatı qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyevə (82 yaş) təqdim edilib.

Qaliblərə GİN-nin diplom və mükafatları, eləcə də sponsorların hədiyyələri təqdim edilib. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev və Dənizkənarı bulvar idarəsi İdarə Heyətinin sədri İlqar Mustafayev təqdim ediblər.

Mükafatlandırma mərasimindən sonra iştirakçıları urban (şəhər) idman oyunları, master klaslar, maraqlı tədbirlər və təşkil edilib.

Həmin kateqoriyadan