ROEQİUGVM-ə yeni direktor

Gənclər və idman naziri Fərid Qayıbovun 17 mart 2022-ci il tarixli əmri ilə Səməndər Allahverdiyev respublika olimpiya ehtiyat qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinə direktor təyin edilib. Allsport.az saytı xəbər verir ki, yeni direktorun kollektiv üzvlərinə təqdimat mərasimində Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Elnarə Musayeva və icraiyyə komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.

Səməndər Allahverdiyevi təyinatı münasibətilə təbrik edən Raqif Abbasov ona gələcək fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, Nazirliklə Federasiyanın birgə səyləri nəticəsində velosipedçilərimizin ustalıq səviyyəsinin daha da artırılması üçün olduqca münbit şərait var.

ROEQİUGVM-un yeni direktoru ona göstərilən yüksək etimada görə gənclər və idman nazirinə təşəkkürünü bildirərək məktəbin ənənələrinin qorunması və daha inkişaf etirilməsi üçün var gücü ilə çalışacağını deyib.

Həmin kateqoriyadan