“Səbrlə və düzgün yanaşma ilə çalışmaq lazımdır”

“Ölkəmiz daha bir mötəbər yarışa – kişi və qadın idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi etdi”.

Allsport.az xəbər verir ki, bunları gəncər və idman naziri Fərid Qayıbov öz qeydlərində bildirib. O, ölkəmizdə keçirilən gimnastika yarışlarının inkişaf üçün yaxşı addım olduğunu vurğulayıb:

“Sözsüz ki, inkişaf birdən-birə olmur. Bunun üçün səbrlə və düzgün yanaşma ilə çalışmaq lazımdır. 2016-cı ildə 19 ölkənin iştirakı ilə başladığımız dünya kubokunda bu dəfə – 2023-cü ildə rekord sayda – 48 ölkə təmsil olundu. 7 il ərzində hər il təşkil etdiyimiz yarış, ilbəil inkişafla müşayiət olunur. 2014-cü ildə qadın idman gimnastikası ölkəmizdə inkişaf etdirilməyə başlayıb. Burada çıxış edən ilk xanım idmançımız olan yerli kadr böyüklər arasında çıxış edib və finaladək yüksəlib. Fikrimcə, bu, artıq inkişafın bariz bir nümunəsidir”.

Həmin kateqoriyadan