2-qat ölkə çempionu “Neftçi”yə qalib gəlib

7 və 8 martda Azərbaycan basketbol liqasında (ABL) 17-ci turun 4 oyunu keçirilib.
Allsport.az xəbər verir ki, turun açılış oyununda NTD “A” qrupunun güclü komandalarından sayılan “Naxçıvan”a 85-78 hesabı ilə qalib gəlib və mövsümdə 6-cı qələbəsinə sevinib.

İkinci oyun günündə “Sabah” klubu 105-77 hesabı ilə “Neftçi”yə qalib gələrək “A” qrupunda vahid liderliyə yüksəlib. “A” qrupunun sonuncu oyununda “Abşeron” basketbolçuları yerli azarkeşlər önündə “Sərhədçi” üzərində 77-75 hesablı çətin qələbə qazanıblar.

“B” qrupunda isə “Quba” 63-66 hesabı ilə “Şəki”yə məğlub olub. 17-ci tura sabah baş tutacaq “Gəncə” – “Lənkəran” və “Sumqayıt” – “Ordu” oyunları ilə yekun vurulacaq.

Həmin kateqoriyadan