- Baxış sayı: 61
- 30 Oktyabr 2026 14:54
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının “B” divizionunda 9-16-cı yerlər uğrunda mübarizəyə qələbə ilə başlayıb.
Allsport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışda yığmamız İsveçrə seçməsi ilə qarşılaşıb.
Hesabda geri düşməsinə baxmayaraq geridönüş edən millimiz 72:66 hesablı qələbə qazanıb.
Görüşün ən məhsuldar basketbolçusu 25 xal, 6 assist və 5 ribaundla Derin Berkoz olub.
U-20 millimiz növbəti oyununu iyulun 18-də Danimarka – Bosniya və Hersoqovina cütünün qalibinə qarşı keçirəcək.