- Baxış sayı: 49
- 20 Mart 2025 11:35
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Şahmat üzrə tarixi Azərbaycan çempionatı başa çatdı. Allsport.az saytı xəbər verir ki, ölkənin bütün ən güclülərinin qatıldığı yarışda kişilərdə qalib adını Rauf Məmmədov qazandı. O, finalda tay-brekdə Şəhriyar Məmmədyarovu üstələdi. 3-qat Avropa çempionunu çempionatın bağlanışında sevincini KİV-lə bölüşdü:
“Çox maraqlı yarış oldu. Bu mənim 6-cı çıxışım idi. İlk dəfə ölkə çempionatına 2003-cü ildə qatılmışdım. Belə səviyyədə – Şəhriyarla Teymurun və gənc istedadların yer aldığı yarışda ilk dəfə iştirak edirdim. Rəcəbovu yendikdən sonra finalda rəqibim Məmmədyarov oldu. Qələbə üçün daxili hiss və istək gərəkirdi. Təbii ki, cütün favoriti Şəhriyar idi.
İlk 2 görüş çox çətin keçdi. Siftə qaralarla oynadım, burada üstünlüyü yaxalamaq vacib idi. Tay- brekdə axırıncı matçda Şəhriyar topu vermişdi. “Şah F4” gedişini oynamışdı. Buna inanmırdım. Belə bir məqamda bəxtin də gətirməlidir. Şükür Allaha, rəqibin səhvini gördüm.
Açığı, çempionatdan öncə qalib olacağıma çox innamırdım. Amma gedişatda, 1/4 finalda şətin rəqiblərdən biri Əhməd Əhmədzadə oldu. Ona heç bir oyunda qalib gəlmədim. Hərçənd həlledici məqamda qara fiqurlarla heç-heçə mənə bəs edirdi. Sabah yenə bu çempionat başlasa, sonda kimin qalib olacağını heç kim bilə bilməz”.