Sabir Nəzərəliyev: Artıq ilk qələbəni unudub növbəti oyuna köklənmişik

Bu gün Bakı idman sarayında kişi həndbolçuların Avropa çempionatı-2026-nın ilkin təsnifatında millimiz maltalı həmkarlarına 34:25 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandanının kapitanı Sabir Nəzərəliyev açıqlama verdi:

“İlk 5 dəqiqə çətin oldu. Bu da taktiki gedişlə əlaqəlidir. Rəqibi təhlil etmək üçün cüzi vaxt lazım idi. Bilməliydik ki, hansı hücum və hansı müdafiə ilə oynayır. Hər şey bəlli olunduqdan sonra yaxşı oldu. Tapşırıqları düzgün yerinə yetirib, təcrübəli həndbolçuların sayəsində qələbə qazandıq.

Artıq bu qələbə unudub sabahkı görüşə köklənmişik. Axşam Böyük Briyaniya millsini ilkin təhlil edəcəyik. Allah qoysa, o qarşılaşmadan da qələbə ilə ayrılarıq”.  

Həmin kateqoriyadan