- Baxış sayı: 39
- 13 May 2025 20:14
- Baxış sayı: 76
- May 13, 2025
- 0
Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatının ilk 7 turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov və Rauf Məmmədov 7 turdan 6 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar. Digər şahmatçımız Rəfael Bayramlının aktivində isə 3 xal var.
İki gün davam edəcək turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir. İsveçrə sistemi üzrə keçirilən yarış 13 turdan ibarətdir.