- Baxış sayı: 43
- 27 Aprel 2024 15:22
- Baxış sayı: 52
- Aprel 23, 2024
- 0
Azərbaycan millisi Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya yaş qrupları yarışında ilkə imza atıb.
Allsport.az xəbər verir ki, batut gimnastlarımız Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş medal qazanıb.
Bu, qadınlar arasında mübarizədə Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyətdir.
Birmingemdə İbrahim Mustafazadə və Ammar Baxşaliyev (batut gimnastikası) də eyni uğura imza atıblar. Onlar da sinxron proqramda fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
Qeyd edək ki, bir gün öncə tamblinqdə Aleksey Karataşov bürünc medala sahib olub.