- Baxış sayı: 60
- 08 May 2026 18:01
- Baxış sayı: 161
- May 08, 2026
- 0

Tennis üzrə açıq Avstraliya çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, kişilərin fərdi yarışında italiyalı Yannik Sinner qalib olub. O, finalda Almaniya təmsilçisi Aleksandr Zverevə qalib gəlib. 2 saat 43 dəqiqəlik mübarizə onun 6:3, 7:6 (7:4), 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadınların fərdi mübarizəsində isə ABŞ təmsilçisi Medison Kuiz finalda belaruslu Arina Sobolenkodan üstün olub – 6:3, 2:6, 7:5. Rəqiblər arasında qarşıdurma 2 saat 2 dəqiqə davam edib.