Smonovdan qızıl medal

Azərbaycanlı gimnast Nikita Simonov Almaniyanın Kottbus şəhərində keçirilən dünya kubokunda qızıl medal qazanıb.

Allsport.az xəbər verir ki, o, halqalarla hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək piləsində yer alıb.

Beynəlxalq turnir Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyıb. Simonov qələbə sayəsində lisenziya xal hesabını artırıb və olimpiadaya vəsiqə qazanmaq üçün yaxşı şans qazanıb.

Həmin kateqoriyadan