- Baxış sayı: 44
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Estoniyanın Vinni şəhərində Avropa kuboku keçirilib.
Azərbaycan sumo federasiyasının prezidenti Samir Abdullayevin allsport.az saytına verdiyi məlumata görə, yarışda ev sahibləri, Azərbaycan, Polşa, Ukrayna, Almaniya, Norveç, Macarıstanın və İtaliyadan 150-dən çox idmançı mübarizə aparıb. Ölkəmizi 5 nəfər təmsil edib və onların hamısı fərqlənib.
Röyal Ağamalıyev (85 kq), Camal Feyziyev həm mütləq, həm də +115 kq-da qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medal qazanıblar.
Komanda hesabında Azərbaycan 1-ci, Polşa 2-ci və Ukrayna 3-cü olub.