Şuşa UGİM və “Ocaq sport”un birinciliyində ən güclü gimnastlar

Bakı olimpiya idman kompleksində Şuşa UGİM və “Ocaq sport” klubunun birgə təşkilatçılığı ilə 2015-2016-2017-ci il təvəllüdlü qızlar arasında bədii gimnastika üzrə birincilik keçirilib.

Allsport.az xəbər verir ki, yarışda 20 idmançı iştirak edib.

9 yaşlı gimnastlar lentlə, 7 və 8 yaşlı idmançılar isə alətsiz çıxış ediblər. Turnirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlar arasında bu növə marağın artırılmasıdır.

2017-ci il təvəllüdlü gimnastlar
1. Leyli Qayıblı
2. Nilay Şahbazova
3. Leyla Əliyeva

2016-cı il təvəllüdlü gimnastlar
1. Nilay Quliyeva
2. Lalə Heydərli
3. Aylin Əliyeva

2015-ci il təvəllüdlü gimnastlar
1. Mira Özəl (lent)
2. Fatimə Həsənov (lent)
3. Xəzra Qasımlı (lent)

I, II və III yeri tutmuş idmançılara kubok, medal, diplomlar və hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan