“Synergy Baku” “Tour d’Azerbaïdjan-2016”-ya uğursuz başladı

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016”-ya start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 km məsafə qət ediblər.

Məsafəni hamıdan tez başa vuran Almaniyanın “Bora-Argon 18” peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat 34 dəqiqə 19 saniyə göstərici ilə mərhələ qalibi olub. ABŞ-ın “İlluminate” komandasını üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin “Nəsr Dubay” klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. Azərbaycanın “Synergy Baku” komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur – 5-ci yer.

Mərhələni qalib kimi başa vuran “Bora-Argon 18″in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini ələ keçirib. O həm də ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR, eyni zamanda ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AzAL” köynəyini isə Malayziyanın “Terengganu” klubunun üzvü Saleh Mohd Zamri əldə edib. Qaliblərə mükafatları veloturun AVİF-in vitse-prezidenti Sahib Ələkbərov, AVB-in vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.

Həmin kateqoriyadan