Taekvondo yığmalarımız ölkə xaricində toplanışlar keçirəcək

Azərbaycanın taekvondo üzrə yığma komandası “Bakı-2015” Avropa Oyunlarda uğur qazanmaq üçün ciddi hazırlıq keçir. Allsport.az xəbər verir ki, həm oğlanlardan, həm də qızlardan ibarət yığmalarımız Azərbaycan Taekvondo Federasiyasının (ATF) təlim-məşq bazasında hazırlıqlarını davam etdirirlər.

Hər iki komanda baş məşqçilərin rəhbərliyi ilə gündə iki dəfə məşq edir. Komandalarımızın xaricdə iki həftəlik təlim-məşq toplanışları keçirməsi də gözlənilir. Taekvondocu qızlar Koreya Respublikasında, oğlanlar isə Asiya ölkələrindən birində hazırlıq keçəcəklər. İdmançılarımız, həmçinin bir neçə beynəlxalq turnirdə də qüvvələrini sınayacaqlar.

Bundan sonra birinci Avropa Oyunlarında iştirak edəcək yığmanın heyəti müəyyənləşəcək. Komandamız yarışlara səkkiz idmançı ilə qatılacaq. ATF, eyni zamanda, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə yaxından əməkdaşlıq edir.

Həmin kateqoriyadan