Turab Teymurov: Formula-1 rəhbərliyi ilə yeni müqavilə üçün müsbət istiqamətdə danışıq

“Formula-1 rəhbərliyi ilə yeni müqavilə üçün danışıq gedir. Deyərdim ki, çox müsbət istiqamətdə. Amma hələlik dəqiq məlumat yoxdur. Olan kimi, mediaya məlumat veriləcək”.

Allsport.az saytı xəbər verir ki, bunu Bakı şəhər halqası əməliyyat şirkətinin mətbuat xidmətinin rəhbəri Turab Teymurov dedi. Onun sözünə görə, Azərbaycan qran prisinə maraq böyükdür:

“Öncəki yarışlarla müqayisədə, bu dəfə bilet satışında rekord qeydə alındı. İlk həftədə gözləniləndən 2-qat artıq satış oldu. Ümumən, indiyədək 90 ölkədən bilet alınıb”.

Azərbaycan mükafat yarışı 28-30 apreldə keçiriləcək. Pilotlar 6003-metrlik Bakı şəhər halqasında 51 dövrə vuracaqlar.

Həmin kateqoriyadan