- Baxış sayı: 66
- 10 Noyabr 2026 20:57
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Noyabrda keçirilməsi planlaşdırılan Formula1 üzrə Vyetnam qran-prisi ləğv edilib. Allsport.az saytı xəbər verir ki, təşkilatçı koronavirus üzündən bu qərara gəlib. Hanoy rəhbərliyi sürücülərə, komandalara və azarkeşlərə təhlükəsiz şərait yaratmağa çətinlik çəkdiklərini etiraf edib.
Vyetnamda debüt 3-5 apreldə olmalı idi. Pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan mükafat yarışının noyabrda keçirilə biləcəyi açıqlanmışdı. 55 dövrəlik avtodromun uzunluğu 5607 metrdir.