WADA-nın Azərbaycanla bağlı hesabatı

Azərbaycan milli antidopinq agentliyinin 2018-ci illə bağlı statistikası məlum olub.

Allsport.az xəbər verir ki, 2018-ci ildə 999 test götürülüb. Bu barədə ümumdünya antidopinq agentliyinin (WADA) hesabatında bildirilib. Götürülən testlərin 2,7 faizi müsbət nəticələnib. Qurumun hesabatına əsasən, 2017-ci ildə Azərbaycanın 32 idmançısı qayda pozuntusuna yol verib.

Ağırlıqqaldırmada 9, güləşdə 6, velosiped idmanında 4, atletika və bodibildinqin hərəsində 3, həndbol və cüdonun hərəsində 2, amerika futbolu, boks və karatedə isə 1 idmançının dopinq-testi müsbət nəticə verib. İki nəfər isə testdən imtina edib.

Həmin kateqoriyadan