Xanımların veloyürüşü

“İdman həftəsi” çərçivəsində və beynəlxalq qadınlar günü münasibətilə martın 8-də gənclər və idman nazirliyinin, Azərbaycan yerüstü nəqliyyat agentliyinin, gənclər fondunun, dənizkənarı bulvar idarəsinin, Azərbaycan velosiped federasiyasının təşkilatçılığı ilə Bakıda xanımların veloyürüşü keçirilib.

Allsport.az xəbər verir ki, müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş dənizkənarı bulvar ərazisində təşkil olunub.

Yarışda Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Yürüş zamanı xanımlar azneft dairəsi – dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.

Həmin kateqoriyadan