- Baxış sayı: 97
- 25 İyun 2026 00:34
- Baxış sayı: 76
- İyun 25, 2026
- 0

Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva aprelin 22-23-də Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Dünya kubokunda fərdi və qarışıq cütlük proqramında finala vəsiqə əldə edib.
Allsport.az xəbər verir ki, eyni şəhərdə keçirilən beynəlxalq turnirdə isə Məryəm Topçubaşova və Sara Əlixanlı fərdi, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova isə üçlük proqramında həlledici mərhələyə vəsiqə qazanıb.