Yardımlı və Lerikdə görüşlər

Gənclər və idman naziri Fərid Qayıbov cənub bölgəsinə səfəri çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Allsport.az saytı xəbər verir ki, 10 fevralda Yardımlı olimpiya idman kompleksinin mövcud vəziyyəti ilə tanış olan nazir buradakı şərait və idman bölmələrinin təşkili barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. Masallı şəhərində ağır atletika zalına və rayonun Boradigah qəsəbəsində idman zalına da baxış olub.

Fevralın 11-ində nazir Fərid Qayıbov Lerik rayonu icra hakimiyyətinin başçısı Əkbər Abbasovla birlikdə şəhər stadionuna baxış keçirib. Gələcəkdə stadionun şəraitinin yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb. Sonra nazir rayonun Piran kəndində ağırlıqqaldırma zalının fəaliyyəti ilə maraqlanıb.

Həmin kateqoriyadan